Hər zaman valideyn olaraq övladlarımızın təhsilinə, gənclərimizin gələcəyinə xüsusi diqqətlə yanaşmışıq. Bunu, ümumilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir", Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə" şüalarında da görmüşük. Düşünürəm ki, İxtisas seçimi gələcəyiniz üçün verəcəyiniz ən önəmli qərarlardan biridir. Çünki bu qərar, bir ömür boyu sizinlə həyat və yol yoldaşı olacaq qədər önəmlidir.