Dərslərin sentyabrın 1-də və yaxud 15-də başlamasının təhsilin keyfiyyətinə o qədər də böyük təsiri yoxdur. Bizim vaxtımızda dərslər sentyabrın 1-də başlayırdı. Dərslərin 15 gün tez və ya 15 gün gec başlaması böyük əhəmiyyət daşımır. Əsas məsələ dərsliklər, tədris proqramları ilə bağlıdır. Keyfiyyətdə fərq görmək istəyiriksə, tədris proqramımızı dəyişməliyik.
Düşünürəm ki, biz məsələnin həllini yanlış istiqamətdə axtarırıq. Bunun üçün də doğru qərarlar verə bilmirik. Dərsliklər demək olar ki, hər il yenilənir. Bizi dərsliklərin yoxlanması üçün dəvət edirlər və görürük ki, dərsliklərdə vəziyyət yaxşıdır. Ancaq bu, kifayət deyil. Tədris proqramları yenilənməlidir.
Başqa bir məsələ də bundan ibarətdir ki, uşaqlar məktəbdə yüklənirlər. Müəllimlər şagirdlər üçün hazırlanan dərsliklərdən başqa, əlavə materiallardan da istifadə edirlər. Bunun nəticəsi olaraq da uşaqların dərs yükü çoxalır.
AzEdu.az -ilə müsahibədə