AzEdu.az-ilə müsahibədə.
“İşlədiyim universitetdə 700 balla qəbul olub normativ təhsil müddətini bitirə bilməyən tələbə də, 250 balla qəbul olub universiteti qırmızı diplomla bitirən tələbə də olub”.
O bildirib ki, 700 bal keyfiyyət göstəricisi deyil:
“Qeyd etmək istəyirəm ki, 700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır. Çünki bu zaman abituriyentdə həyəcan da,səhv kodlaşdırma da ola bilər.Doğrudur, son illər 700 bal toplayan abituriyentlərin sayı azalıb, ancaq 700 keyfiyyət göstəricisi deyil. İşlədiyim universitetdə 700 bal toplayıb normativ təhsil müddətini bitirə bilməyən tələbə də, 250 bal toplayıb universiteti qırmızı diplomla bitirən tələbə də olub”.
Ekspert şagirdlərin həyəcan səbəbi ilə səhv kodlaşdırma etməsinə diqqət çəkib:
“Bəzi abituriyentlər var ki, onlar imtahan adını eşidəndə belə həyacanlanırlar, halbuki kifayət qədər savadlı və bacarıqlıdırlar. İmtahan zamanı həyəcandan səhv kodlaşdırma (sürüşdürmə) etdikləri üçün isə istədikləri nəticəni əldə edə bilmirlər. DİM yarandıqdan sonra da sual formalarında bəzi dəyişikliklər oldu,artıq imtahanda əzbər formada cavablama deyil,biraz daha düşündürücü suallar verildi”.
Ekspert son olaraq beynəlxalq imtahan nəticələrini yerli universitetlərin tanımalı olduğunu bildirib:
“Beynəlxalq imtahanlarda əsasən, riyaziyyat,məntiq və ingilis dilinə üstünlük verilir.Düşünürəm ki, beynəlxalq imtahan nəticələrini yerli universitetlər də tanımalı və abituriyentləri DİM və ya beynəlxalqnəticəyə görə qəbul etməli,bu prosesi artıq özümüz də qəbul imtahanında tətbiq etməliyik”.
Qeyd edək ki, builki qəbul imtahanlarında 700 bal toplayan olmayıb.