700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır

0
Müsahibələr

AzEdu.az-ilə  müsahibədə.

“İşlədiyim universitetdə  700 balla  qəbul  olub normativ təhsil müddətini  bitirə bilməyən tələbə də, 250  balla  qəbul  olub  universiteti qırmızı  diplomla bitirən  tələbə də  olub”.

O  bildirib  ki, 700  bal  keyfiyyət  göstəricisi  deyil:

“Qeyd etmək istəyirəm ki, 700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır. Çünki bu zaman abituriyentdə həyəcan da,səhv kodlaşdırma da ola bilər.Doğrudur, son illər 700 bal toplayan abituriyentlərin sayı azalıb, ancaq 700 keyfiyyət göstəricisi deyil. İşlədiyim universitetdə  700 bal toplayıb normativ təhsil müddətini  bitirə bilməyən tələbə də, 250 bal toplayıb universiteti qırmızı  diplomla bitirən  tələbə də  olub”.

Ekspert  şagirdlərin  həyəcan  səbəbi  ilə  səhv  kodlaşdırma  etməsinə  diqqət  çəkib:

“Bəzi abituriyentlər  var ki, onlar imtahan adını eşidəndə  belə  həyacanlanırlar, halbuki kifayət qədər savadlı və bacarıqlıdırlar. İmtahan zamanı həyəcandan səhv kodlaşdırma (sürüşdürmə) etdikləri üçün isə  istədikləri nəticəni əldə edə bilmirlər. DİM yarandıqdan sonra da sual formalarında bəzi dəyişikliklər oldu,artıq  imtahanda əzbər formada cavablama deyil,biraz daha düşündürücü suallar verildi”.

Ekspert  son  olaraq  beynəlxalq  imtahan  nəticələrini yerli universitetlərin tanımalı olduğunu bildirib:

“Beynəlxalq imtahanlarda əsasən, riyaziyyat,məntiq və ingilis dilinə üstünlük verilir.Düşünürəm ki, beynəlxalq imtahan nəticələrini yerli universitetlər də tanımalı və abituriyentləri DİM və  ya beynəlxalqnəticəyə görə qəbul etməli,bu prosesi artıq özümüz  də  qəbul imtahanında tətbiq etməliyik”.

Qeyd  edək  ki, builki  qəbul  imtahanlarında  700  bal  toplayan  olmayıb.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Caspian Plaza” biznes mərkəzi
Cəfər Cabbarlı, 44, Bakı, Yasamal, AZ1065

Əlaqə

+994 50 291 98 82
veliyevadil@gmail.com
info@adilveliyev.com
X