Sertifikasiya həyata keçirilərkən müəllimlərin psixoloji durumu da mütləq nəzərə alınmalıdır. Özümüz də diqqət edəndə görürük ki, bağçalarda işləyən müəllimlərin şagirdlərlə davranışı heç də xoş deyil. Diqqətə alınmalıdır ki, uşaq bağçalarına müəllimlər işə götürülərkən və yaxud sertifikasiyadan keçərkən onların əlavə olaraq psixoloji durumları da yoxlanılmalıdır. Uşaq bağçalarında azyaşlılardır və yaşına görə danışmayan, hərəkətlərində bir az daha nadinc uşaqlar da ola bilər. Yəni müəllim bağçada hər cür uşaqla qarşılaşa bilər və ona görə də hazır olmalıdır.
Bəzi ölkələrdə bu məsələlər başqa cür həyata keçirilir. Xarici təcrübəyə baxanda görürük ki, uşaq bağçalarında işləyən müəllimlərin ixtisası, demək olar ki, məhz bu sahədədir. Mütləq şəkildə müəllimləri işə götürərkən onların psixoloji durumlarına da diqqət yetirirlər. Bu psixoloji yoxlamanı da kağız və ya test üzərində etmirlər. Mütləq şəkildə praktiki olaraq yoxlayırlar. Daha sonra müəllim testdən keçsə belə, əgər psixoloji durumu istədikləri səviyyədə deyilsə, o zaman uşaq bağçasında işləməyinə icazə vermirlər. Düşünürəm ki, bizdə də eyni vəziyyət olmalıdır. İstər hazırda işləyən, istər gələcəkdə uşaq bağçalarında işləyəcək müəllimlərin mütləq şəkildə sertifikasiyada və yaxud da qəbulda psixoloji durumları ölçülməlidir.
Dəyişikliklərdən sonra bağçalarda xeyli inkişaf gözlənilir: “Yəqin ki, işçilərin bir çoxu sertifikasiyadan keçə bilməyəcək. Çünki onların ixtisası çox fərqlidir. Tanışı vasitəsilə, yaxud hansısa qeyri-leqal bir yol tapırdılar və uşaq bağçasına işə qəbul olurdular. Artıq bunların hamısı keçmişdə qaldı və belə bir hal baş verməyəcək. Həmin adamların işdən çıxarılması və yeni müəllimlərin işə qəbul olunması həm uşaq bağçalarının reytinqini, həm də oradakı təhsilin və tərbiyənin keyfiyyətini artıracaq.
kaspi.az -ilə müsahibədə.