Adil Vəliyev: “150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil”

0
Müsahibələr

“Qəbul imtahanlarında 150-200 bal toplayanların ali məktəblərdə təhsil alması doğru deyil. Onlar bu sözlərimi məzun olduqdan sonra iş tapmayanda anlayacaqlar. Valideynlər isə 4 il pullarını boşuna xərclədiklərinin fərqinə varacaqlar”

Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Adil Vəliyev deyib. O, 200 balla dövlət sifarişli yerə qəbul olunan 2 tələbənin ixtisas seçimini etdiyini bildirib:

“Tələbənin maddi imkanlarını və ailənin digər problemlərini nəzərə alıb dövlət sifarişi ilə ixtisas seçmişik.  Tələbənin özündən çox şey asılıdır. O, həm dövlət sifarişli ixtisasda oxuduğuna, təqaüd aldığına, həm də təhsil haqqını ödəmədiyinə görə arxayın olmamalıdır.

200 balla ali təhsil müəssisəsinə qəbul olan tələbə bu ixtisasa yaxşı yiyələnməyə və gələcəkdə ona əmək bazarında ehtiyac yaranmaya bilər”.

Adil Vəliyevin sözlərinə görə, dövlət safarişli ixtisasın balını 200-ə endirmək eyni qrupda 500 balla ödənişli əsaslarla təhsil alan tələbəyə haqsızlıqdır:

“Qəbul imtahanlarında 150-200 bal toplayanların ali məktəblərdə təhsil alması doğru deyil. Onlar bu sözlərimi məzun olduqdan sonra iş tapmayanda anlayacaqlar. Valideynlər isə 4 il pullarını boşuna xərclədiklərinin fərqinə varacaqlar.

Dövlət sifarişli ixtisasların keçid balı minimum 400-450 olmalıdır. Fikrimcə,az bal toplayan, yəni özünə əziyyət verib oxumayan tələbənin təhsil xərcləri qarşılanmaqdansa, yüksək bal toplayıb ödənişli əsaslarla qəbul olunan tələbənin təhsil haqqı ödənməlidir”.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Caspian Plaza” biznes mərkəzi
Cəfər Cabbarlı, 44, Bakı, Yasamal, AZ1065

Əlaqə

+994 50 291 98 82
veliyevadil@gmail.com
info@adilveliyev.com
X