AzEdu.az -ilə müsahibədə.
“Cənab nazirin bütün təhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçirilməsi ilə bağlı verdiyi qərardan sonra əsas düşünülən sual məhz dərs cədvəllərinin hansı formada hazırlanması və pandemiya qaydalarına uyğun olaraq dərslərin necə keçiriləcəyi idi”
Dərslərin birləşdirilib 80 dəqiqə müddətinə endirilməsi təklifi hazırda ən ideal variantlardan biri kimi qiymətləndirilir.
“Bu problemin bir neçə həll yolunu da qeyd etmişdim ki,ancaq bu kimi nüanslara diqqət edilsə ənənəvi tədrisin müddəti uzana bilər.Hazırda ən ideal variantlardan biri məhz dərslərin vaxtının biraz qısaldılması və birləşdirilib 80 dəqiqə müddətinə endirilməsi oldu.Doğrudur 80 dəqiqə müddətində tələbənin və ya müəllimin sinifdə dayanmağı sıxıcı ola bilər, ancaq nəzərə almaq lazımdır ki, tədris pandemiyadan öncəki dərs saatlarına uyğun davam edilsə tənəffüs vaxtları daha çox olar ki, bu zaman da tələbələr arasında məlum xəstəliyin yayılma riski daha da çoxalar”.
Hazırki vəziyyəti dəyərləndirərək müsbət və mənfi tərəfləri.
“Hazırki vəziyyətin müsbət tərəfi tələbələrin 1 ildən artıq zamandır ki, görmədikləri təhsil müəssisəsi,əyani təhsil sistemi ilə yenidən davam etməsi oldu.Mənfi tərəfi isə ümid edək ki, olmasın ancaq deyilən qaydalara əməl edilməzsə yenidən online formada davam etməyimiz olar”.
Qeyd edək ki, Təhsil Nazirliyi universitetlərə dərslərin müddətinin 80 dəqiqəyə endirilməsini təklif edib, eyni zamanda təhsil müəssisələrinin istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta biləcəyini bilidirlib.