İşə qəbulda niyə xaricdə təhsil alanlara üstünlük verilir?

0
Müsahibələr

İlk növbədə xaricə təhsil almağa gedənlərin hansı ölkəyə, hansı universitetə müraciət etdiyinə baxmaq lazımdır. Bu diqqət olunmalı əsas məqamlardan biridir. İxtisaslara nəzər yetirdikdə görürük ki, xaricə gedənlər əsasən iqtisadiyyat sahəsi üzrə təhsil alanlardır.
Müraciət edənlər bu ixtisaslarda təhsil almağın və həmin diplomun təsdiqinin daha asan olacağını düşünürlər. Çünki menecment, maliyyə və s. kimi ixtisasların tədrisində istifadə olunan fənlərdə  eynilik mövcuddur. Bu da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomu tanımasında müsbət xüsusiyyət kimi çıxış edir.

Diplomların tanınması üçün müraciət edənlərə nəzər yetirdikdə onların bir qisminin Rusiya, Ukrayna, Polşa kimi ölkələrdə təhsil aldığını görürük. Həmin ölkələr üçün müraciət olunan spesifik ixtisaslar mövcuddur.

Bəzən tələbələrimiz elə düşünürlər ki, seçdikləri ixtisas üzrə Azərbaycan universitetlərində tədrisin keyfiyyəti yetəri qədər deyil. Ona görə də onlar xarici dövlətlərə üz tuturlar.

Hazırda işə qəbul prosesinə nəzər saldıqda görərik ki, daha çox xaricdə təhsil alanlara üstünlük verilir. Çünki xaricdə yaşamış, təhsil almış insanların öz ixtisasları üzrə daha təkmil olduqları düşünülür. İstər düşüncə, istərsə də profesionallıq baxımından həmin şəxslər digərlərindəm seçilir.

AzEdu.az -ilə müsahibədə

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Caspian Plaza” biznes mərkəzi
Cəfər Cabbarlı, 44, Bakı, Yasamal, AZ1065

Əlaqə

+994 50 291 98 82
veliyevadil@gmail.com
info@adilveliyev.com
X