Peşə məktəblərinə dair proqnozlar.

0
Müsahibələr

Təhsil sahəsində müəyyən müsbət dəyişikliklər olmayacağı təqdirdə, imtahanlarda kəsilən uşaqların sayı çox olacaq və onların da peşə məktəblərinə müraciət edəcəyi istisna deyil.

Müsahibimiz peşə təhsilinin keyfiyyətinin yüksəldilməsini təhsil proqramının təkmilləşdirilməsi, dövrün tələbinə uyğun innovativ ixtisasların əlavə edilməsi və tədrisə peşəkar müəllimlərin cəlb olunmasında görür.

Hazırda peşə təhsili sahəsində müəyyən inkişaf görünür. Əgər təhsil proqramı təkmilləşdirilsə, innovativ ixtisaslar əlavə edilib peşəkar müəllimlər cəlb olunsa, o zaman valideynlər də övladının əmək bazarına uyğun olmayan bir ixtisasda təhsil almasındansa, peşəyə yiyələnməsinə üstünlük verər.

Peşə təhsili verən məktəblərə diqqət etdikdə görürük ki, sadəcə bir neçəsində müəyyən ixtisaslar var ki, onlar əmək bazarına daha uyğundu. Ümumiyyətlə, sayılı peşə məlktəbində yeniliklər müşahidə edirik. Digərlərində isə nəzərə çarpacaq inkişaf yoxdur. Ümid edirəm ki, bunların hamısı aradan qalxar. Biz də valideynlərə tövsiyə verərkən daha rahat şəkildə hansı peşəni seçə biləcəyini deyə bilərik.

azedu.az -ilə müsahibədə

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Caspian Plaza” biznes mərkəzi
Cəfər Cabbarlı, 44, Bakı, Yasamal, AZ1065

Əlaqə

+994 50 291 98 82
veliyevadil@gmail.com
info@adilveliyev.com
X