Xaricdə təhsil şirkətləri abituiyentlər buraxılış imtahanı verdikdən sonra artmağa başlayır və hər biri də tələbələrə konsultasiya vermək üçün reklam yayaırlar. Bu fəaliyyətin qarşılığında da böyük məbləğdə ödəniş tələb olunur. Demək olar ki, bir çox hallarda abituriyentlər uğursuz şirkət seçimi etdiklərinə görə xaricdə təhsil planı baş tutmur.
Bu kimi halların yaşanmaması üçün xaricdə təhsil almaq istəyən tələbələr orada təhsil alan və ya təhsilini başa vurmuş başqa bir həmyerlimizlə əlaqə yaradıb, lazımi məlumatları ondan əldə etsinlər. Bundan əlavə, belə fəaliyyətlə tanınan məşhur şirkətlərdən konsultasiya almaq daha məqsədəuyğundur. Ancaq ümumilikdə, mən şirkətlərin böyük məbləğlə konsultasiya verməsinə qarşıyam.
Konsultasiya verən şirkətlər abituriyentlərə, tələbələrə getmək istədikləri və ya gedəcəkləri ölkələrdə təhsil sistemi ilə bağlı bütün məlumatları açıqlamalıdır. Əgər gözdən qaçan bir məqam olarsa, həmin gənc bununla bağlı böyük problemlər yaşaya bilər.